Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərini şərh edərkən deyib. O bildirib ki, uzun müddətdir Səudiyyə Ərəbistanı Krallığı ilə normal münasibətlər qurub.
Ekspertin sözlərinə görə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrini inkişaf etdirməsi tamamilə doğru siyasətdir. Qabil Hüseynli Azərbaycanın sözügedən ölkə ilə əlaqələrinin İranın narazılığına səbəb ola biləcəyi ilə bağlı iddiaları da şərh edib:
“Bu səfər, ümumiyyətlə, Azərbaycanın bu ölkə ilə əlaqələri İran əleyhinə çevrilməyib. Azərbaycan İranla da münasibətlərini normal şəkildə inkişaf etdirib”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gedib.
Aqşin Kərimov