Modern.az

İranda 65 deputat Ruhaniyə Ərdoğandan şikayət etdi

İranda 65 deputat Ruhaniyə Ərdoğandan şikayət etdi

6 Aprel 2015, 11:46


İranda 65 deputat prezident Həsən Ruhaniyə məktub yazaraq Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı sərt şəkildə xəbərdar etməsini istəyib. Modern.az bildirir ki, İranın Fars agentliyinin xəbərinə görə, deputatlar tələb ediblər ki, Ərdoğan İranla əlaqədar işlətdiyi “bəsirətsiz” şərhinə görə rəsmən üzr istəməlidir.

Türkiyə prezidenti Ərdoğan Səudiyyə Ərəbistanı liderliyindəki ərəb ölkələrinin Yəmənə qarşı başlatdığı hərəkatı dəstəklədiyini açıqlayarkən deyib: “İran bölgəni sanki dominə etməyə çalışmaqdadır. Bu vəziyyət bəzi Körfəz ölkələrini narahat etməyə başlayıb. Buna həqiqətən dözmək mümkün deyil”.

Çərşənbə axşamı İrana gedəcək Ərdoğanın İran prezidenti Ruhani ilə yanaşı, dini lider Xamaneyi ilə görüşməsi gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı