Modern.az

III Dünya Müharibəsi qaçılmazdır

III Dünya Müharibəsi qaçılmazdır

6 Aprel 2015, 12:10

 

XX əsr humanistləri XXI əsrin “sülh əsri” olacağını proqnozunu versələr də, hazırda dünyada baş verən proseslər bunun heç də belə olmadığnı göstərir. XXI əsrin geridə qalan 15 ili lokal və regional konfliktlər, etnik qarşıdurmalar və silsilə terror aktlarının “bolluğu” ilə yadda qalıb. Təxminən bir onillik ərzində müharibə nöqtələrinin sayı 2 dəfə artaraq 63-ü keçıb. Sanki birinci və ikinci dünya müharibələrinin dəhşətli nəticələri unudulub.

Bundan nəticə çıxarmayan bəşəriyyət deyil, dünyanın geosiyasətinə təsir göstərən hegemon dövlətlərin rəhbərləridir. Məhz onlar öz düşünülməmiş və revanşist addımları ilə III Dünya Müharibəsinin başlanmasını labüd edirlər.  

İkinci Dünya Maharibəsindən sonra bölüşdürülən dünya indiki gücləri qane etmir. Məsələnin ən dəhşətli tərəfi, öncəki müharibələrdən fərqli olaraq, bu dəfə potensial münaqişə tərəflərinin dağıdıcı nüvə silahından istifadə edə bilmələ ehtimalı ilə bağlıdır.

Münaqişə tərəfləri dedikdə, münasibətləri kəskin soyuqlaşan ABŞ və Rusiya arasındakı konfrontasiyadan gedir. 2013-cü ilin fevralında Ukraynadan qaçdıqdan sonra faktiki olaraq özünün Rusiyanın “marionetka”sı olduğunu göstərmiş Viktor Yanukoviçin hakimiyyətdən qovulması və onun yerinə yenilikçi, islahatçı Avropameylli qüvvələrin gəlməsi ilə Qərb-Rusiya maraqları açıq şəkildə toqquşdurdu.

Daim öz dövlət maraqlarını zorakılıq yolu ilə müdafiə edən Rusiya ənənəvi təsir bölgəsi hesab etdiyi Ukraynadakı maraqlarını da bu yolla müdafiə etməyə başladı. 2013-cü il fevralın 27-də Krıma ayaq basan, sonradan Rusiya ordusunun hərbçiləri olduğu aydınlaşan “yaşıl adamcıq”lar 2 həftə ərzində Krımı Rusiyaya ilhaq edir. Bütün dünyanın gözü qarşısında Rusiya son 70 ildə ilk dəfə Avropada sərhədləri dəyişdirir və ərzai bütövlüyünü dəfələrlə tanıdığı Ukraynanın suveren torpağını özünə birləşdirirdi. Qısa müddətdə, silah lüləsi qarşısında keçirilən referendum isə beynəlxalq hüququn bütün normalarını pozan bir “tamaşa” idi.  

Putin bu addımı ilə həm də İkinci Dünya Müharibəsindən sonra yaranmış Yalta-Postsdam geosiyasi sistemini sıradan çıxardır, həm də dünaydakı analoji münaqişə ocaqlarına bir presedent nümunəsi göstərirdi. Amma burda bir məsələni də mütləq qeyd etmək lazımdır. Rusiya məsələyə ayrı şəkildə yanaşa bilməzdi. Nədən ki, Ukraynanın birdəfəlik Avropaya istiqamət alması Rusiyanın bütün maraqlarını qarşı idi. On ildən artıqıdr ki, bütün müstəqil media nümayənədlərini sıradan çıxardan Kreml mediyası isə sahibinin əmri ilə sadə rusiyalıları “zombiləşdirmə”sini xüsusi canfəşanlıqla davam etdirdi.  

Sadəlövh ruslar “ORT”, “Rossiya”, “NTV” və digər kanallarının 24 saat Qərbin mənəvi durğunluğu, iqtisadi çətinlikləri, Rusiyaya zərər vermək üçün gecə-gündüz hazırladıqları “qorxunc” planlar, Ukraynada rusdilil sakinləri “qanına-qəltan” edən faşist Poroşenko hökumətinin “ifşası”dan və s. verilişlər verirdi. Krimin ilhaqının 1 illiyi ilə bağlı bu il martın 16-da “Rossiya” telekanalında geniş anonsu verilən “Krım.Vətən qayıdış” sənədli filmdə həmin hadisələrlə bağlı xatirlərini bölüşən Vladimir Putin “Krımı müdafiə etmək üçün öz nüvə başlıqlarını döyüşə hazır vəziyyətə gətirə bilərdik”- deməsi ilə müəyyən mənada 3-cü Dünya müharibəsinə hazır olduğunu ortaya qoydu.

Bu əslində 15 ildir ki, Kreml rəhbərliyindən çəkilməyən Putinin dünya üçün təhlükəyə çevrildiyini göstərir. NATO üzvü olsa da, daim rus ayısını pəncəsini başı üstündə görən Pribaltika dövlətləri, 110 il Rusiya İmperiyasının müstəmləkəsi olmuş Finlyandiya, ərazisindəki etnik münaqişələrdən Rusiyanın öz manipulasiyaları üçün kart kimi istifadə etdiyi Gürcüstan, Avropanın enerji təhlükəsizliyini təmin etmkədə açar rolunu oynayan Azərbaycan, əhalisinin 25%-i rus olan Qazaxıstan, Kuril adalarını 70 ildir ki,. geri ala bilməyən Yaponiya və təbii ki, Ukrayna Putinin aqressiv ekspansiyasından narahatdır. 1780 nüvə başlığına malik, daim öz hərbi sənayesini inkişaf etdirən Rusiya ona qarşı olan qüvvələr qarşısında təbii ki, baş əyməyəcək.

Ona görə də Rusiya ABŞ-la üz-üzə gəlmək təhlükəsi qarşısındadır. Suriya, İraq, Liviya, Yəməndəki vətəndaş müharibələrində, İranın nüvə məsələlərində fərqli barrikadalar arxasında olan ABŞ və Rusiya düşünülməmiş bir addım atıldıqda 3-cü Dünya müharibəsinə başqa sözlə, nüvə müharinəsinə başlaya bilərlər.  


1962-ci ildə və 1983-cü ildə “Soyuq müharibə”nin qızğın vaxtında biri-birinə dişlərini qıcamış iki supergüc bu dəfə real olaraq toqquşa bilər. Bu isə bütün sivil dünyanın mövcudluğunun təhlükəyə alınması deməkdir. Sonda nüvə silahının yaradılmasında bilavasitə iştirak etmiş məşhur fizik və mütəfəkkir Albert Eynşteyinin bir ifadəsi yada düşür:

“Mən bilmirəm 3-cü Dünya müharibəsi hansı silahla aparılacaq amma əminəm ki,4-cü müharibə daşla-dəyənəklə aparılacaq”.

Bu isə o deməkdir ki, əgər hazırkı super güclər razılığa gəlməsələr dünyanın 63 bölgəsində alovlanan müharibələr III Dünya müharibəsinə çevrilər. Və o zaman Eynşteynin dediyi kimi bütün svilizasiya məhv olmaqdan yaxa qurtara bilməz.  

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər