Modern.az

Hadi Rəcəbli sosial durumu çətin olan insanlarla görüşdü

Hadi Rəcəbli sosial durumu çətin olan insanlarla görüşdü

Təhsil

6 Aprel 2015, 12:39

Milli  Məclisin  Sosial siyasət  komitəsinin  sədri  Hadı Rəcəbli Lənkəranda durumu çətin olan insanlarla görüş keçirib. Deputatın qərargahından Modern.az-a bildirilib ki, H.Rəcəbli görüşdə onların arzu  və istəklərini dinləyib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyat keçirilən sosial müdafiə yönümlü addimların önəmini qeyd edib və bunun dövlətin daim diqqət mərkəzində oldugunu vurğulayıb.

H.Rəcəbli bildirib ki, dövlət  tərəfindən  əlil  və  fiziki  imkanları  məhdud  olan insanların  sağalması  və  cəmiyyətə inteqrasiya  olunması  üçün  lazım  olan bütün   tədbirlər  görülür. Reabilitasiya sahəsində aparılan ardıcıl işlərdən danışan millət vəkili vurğulayıb ki, burda da mövcud  olan  qanunvericilik  aktları, derektiv  sənədlər,  əmr  və  sərəncamlar müvəfəqiyyətlə həyata keçirilir. O qeyd edib ki, Paraolimpiya Oyunlarında əlil idmancıların uğurlu iştirakı sevindirici haldır.

Millət vəkili əlilləri  düşündürən  və  maraqlandıran  bir  sıra  məsələlərə də toxunub. Onlar qanunlara  gələcəkdə  əlavələr və  dəyişikliklər  edilməsi ilə  bağlı  təkliflər  irəli  sürüblər.  Görüşdə iştirak edən  Ələsğər Orucəliyev, Nigar Sultanova, Kamil Qazıyev, Sitarə Zeynalova və  başqaları  dövlətin  onlara göstərdiyi  qayğıya,  yaradılan şəraitə  görə  ölkə başçısı İlham Əliyev  minnətdarlıqlarını bildiriblər. Söhbət əsnasında veteran idmancılardan Nazim Qulamov, Qədir Hacıyev və digərləri Azərbaycanda keciriləcək I Avropa Oyunlarının əhəmiyyətindən danışıb.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə