Modern.az

“Mitinqdə iştirak etmək xalq üçün önəmli deyil” – Zərdüşt Əlizadə

“Mitinqdə iştirak etmək xalq üçün önəmli deyil” – Zərdüşt Əlizadə

Təhsil

6 Aprel 2015, 12:48


“Azərbaycan xalqı öz dövlətinin, torpağının taleyinə biganədir. Hər şeyə biganə olan xalq üçün isə mitinqdə iştirak etmək önəmli deyil”. Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə Milli Şuranın aprelin 5-də keçilən mitinqində iştirakçıların sayının az olmasının səbəblərindən danışarkən deyib.

O bildirib ki, əhaliyə “Məhsul” stadionunda pul paylandığı xəbəri verilsəydi, o zaman ora yığışanların sayı çox olardı:

“Amma deyəndə ki, gəlin öz hüquqlarınızı qoruyun, bu zaman çox az adam gəlir”.   Zərdüşt Əlizadənin fikrincə, müxalifətin də fərqli zəkası və iradəsi yoxdur: “Müxalifət haqqında çox şey demək istəmirəm. Onu bilirəm ki, müxalifət iqtidarın idarə etdiyi bir qurumdur”.  

“Əhalini ittiham edirsiniz, bəs özünüz niyə mitinqdə iştirak etmədiniz” sualına isə Zərdüşt Əlizadənin cavabı belə olub:

“Mən mitinqləri təşkil edən insanların elan etdiyi şüarlarla saf şəkildə mübarizə aparacaqlarına inanmıram. Mən Milli Şuranın sədri Cəmil Həsənlini istisna edirəm. O, əlahiddə adamdır. Amma ondan başqa orada olan şərçi insanlara inanmıram”.

Aprelin 5-də Milli Şura “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda hakimiyyət əleyhinə növbəti mitinq keçirib.  

Aqşin Kərimov    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə