Modern.az

Sonuncu sınaq imtahanına yazılış başlayır - Abituriyentlərə XƏBƏRDARLIQ

Sonuncu sınaq imtahanına yazılış başlayır - Abituriyentlərə XƏBƏRDARLIQ

Təhsil

6 Aprel 2015, 13:01

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən xəbərə görə, 2015-ci ildə abituriyentlər üçün sonuncu sınaq imtahanı mayın 3-də keçiriləcək. Həmin imtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. Bu imtahana yazılış aprelin 8-dən etibarən aparılacaq.

Xatırladaq ki, bu il Azərbaycanda abituriyentlərin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə 4 sınaq imtahanı keçirilməsi nəzərdə tutulub. Onlardan I sınaq imtahanı artıq aprelin 5-də respublikanın 29 şəhər və rayonunda keçirilib. II sınaq imtahanı aprelin 12-də, III sınaq imtahanı aprelin 19-da, sonuncusu isə mayın 3-də olacaq.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında təşkil edilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə