Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

6 Aprel 2015, 13:31


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Aprelin 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə