Modern.az

Vurğun Əyyub nizamnaməni pozarsa, partiyadan çıxarıla bilər - AÇIQLAMA

Vurğun Əyyub nizamnaməni pozarsa, partiyadan çıxarıla bilər - AÇIQLAMA

Təhsil

6 Aprel 2015, 15:11


Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında Vurğun Əyyub Məclis üzvlüyündən çıxarıldı. Qubad İbadoğlunun tərəfdarı olan Vurğun Əyyub Arif Hacılı Müsavat başqanı seçiləndən sonra partiya Məclisinin toplantılarına qatılmayıb. Vurğun Əyyub özü bununla bağlı dəfələrlə mətbuata açıqlama verib. Məclis üzvlüyündən uzaqlaşdırılan Vurğun Əyyub partiyadan da çıxarıla bilərmi?

Modern.az saytına açıqlama verən Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, partiyanın daxili nizamnamə tələbləri var: “Kimliyindən asılı olmayaraq, tələblərə  əməl etməyən, nizamnaməni pozan şəxslər haqqında tədbirlər görülür və görüləcək. Ancaq indiki halda Vurğun Əyyubun, yaxud başqa şəxslərin partiyadan çıxarılacağını demək olmaz”.

Partiya rəsmisinin sözlərinə görə, Vurğun Əyyubun adını Məclis üzvlərinin siyahısından çıxarılmasında Müsavatın keçmiş başqanı İsa Qəmbərin israr etməsi söhbəti ağ yalandır:

“İsa Qəmbər dedi ki, Vurğun Əyyub özünü Məclis üzvü hesab etmədiyi üçün adının siyahıda saxlanması, həm Müsavat Partiyasına həm də, onun özünə hörmətsizlikdir. Adının siyahıda saxlanmasını istəməyən şəxsin Məclis üzvlüyündə qalmasına ehtiyac yoxdur. Bu, İsa Qəmbərin Məclis üzvü kimi səlahiyyətindən istifadə edib verdiyi bir təklifdir”.  

Yeganə OQTAYQIZI

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə