Bu haqda Modern.az saytına ADR sədrinin birinci müavini Vurğun Əyyub bildirib.
Onun sözlərinə görə, təhsil, səhiyyə və digər sahələrlə bağlı müzakirələrin aparılması nəzərdə tutulur: “Ən əsas məsələlərdən biri isə hərəkat daxilində görülməsi vacib olan yekun işlərin tamamlanmasıdır”.
Vurğun Əyyub deyib ki, ADR-in sədrinin Bakıda olmayacağı müddətdə digər vacib toplantılar və dərirmi masalar da təşkil ediləcək: “Bildiyimiz kimi, Qubad İbadoğlu ABŞ Konqresinin, Federal Hökumətin dəstəklədiyi və Demokratiya Naminə Fondun himayə etdiyi proqram çərçivəsində Vaşinqtondadır.
Bu müddət ərzində onun Azərbaycana gəlməsi gözlənilmir. Lakin o, yaxın günlərdə Türkiyədə və bir sıra başqa ölkələrdə toplantılarda iştirak edəcək”.
Şahin Qocayev