Türkiyə Superliqasında 27-ci turun oyunları təxirə salınıb.
Modern.az-ın Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə ötən tur çərçivəsində keçirilmiş "Rizespor" - "Fənərbaxça" oyunundan (1:5) sonra İstanbul klubunun avtobusuna silahlı hücum buna səbəb olub.
Qərar Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən, gənclər və idman naziri Akif Çağatay Kılıç, millinin baş məşqçisi Fatih Terim və digər səlahiyyətli şəxslərin iştirak etdiyi toplantıda verilib. 27-ci turun oyunlarının bir həftəlik təxirə salınıb.
Modern.az