
Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda vəfat edib. Latviyalı diplomat aprelin 6-da vəfat edib.
Azərbaycan Xarici İşlər Nazirliyi səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verib.
XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
Modern.az-a açıqlamasında bildirib ki, səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi. O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi. Allah rəhmət eləsin!
Modern.az