Modern.az

Bakıda 3 avtobus toqquşdu: ölən və xeyli yaralı var

Bakıda 3 avtobus toqquşdu: ölən və xeyli yaralı var

Təhsil

7 Aprel 2015, 10:43


Bakıda sərnişin avtobuslarının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Qaradağ rayonu ərazisində, Sədərək ticarət mərkəzinin yaxınlığında 194 saylı xətt üzrə sərnişindaşıma ilə məşğul olan “Daewoo” markalı avtobusla fəhlələri daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və sürücülər, eləcə də avtobuslarda olan sərnişinlər düşərək mübahisə etməyə başlayıblar.
Bu zaman 211 saylı xətt üzrə hərəkət edən digər “Daewoo” markalı sərnişin avtobusu yolda cəmləşmiş insanlara çırpılıb. Nəticədə “Mercedes” markalı mikroavtobusun sürücüsü hadisə yerindəcə keçinib. Daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə