Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

7 Aprel 2015, 13:26


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Aprelin 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə