Moskvanın mərkəzindəki “X-story” klubunda elit fahişəxana aşkarlanıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, fahişəxananın bütün müştəriləri varlı biznemsenlər, şou-biznes nümayəndələri və siyasətçilərdən ibarət olub. “X-story” klubunda xidmət göstən model qızları xüsusi şəxslər internet elanları vasitəsilə toplayırmışlar.
“Resursda striptizçi və model qızların işə qəbul olunması barədə informasiya yerləşdirilirdi. Həmin qızların görünüşü və bədən ölçüləri modellərə uyğun olmalı idi. Klubda fahişə ilə 1 saat vaxt keçirmək müştəriyə 16-100 min rubl arasında dəyişirdi”.
Maraqlıdır ki, klubda seksual xidmətlərin göstərilməsi dolayısı ilə elanlarda da yazılıb. “X-story” klubunun rəsmi saytında təklif edilən xidmətlər arasında rəqqasə ilə 1 saat təklikdə qalmaq, rəqqasəni 1 saatlığa klubdan aparmaq, klubun işçilərini divarın küncünə qoyaraq qamçı ilə vurmaq və s. əcaib təkliflər yer alıb.
Moskva polisi faktla bağlı cinayət işi açıb və klubun 29 yaşlı işçisi Yuliya M.ni həbs edib. Yeni həbslərin də olacağı istisna deyil.
Modern.az