Modern.az

Bakıda Andranikin şəkli vurulan kafe-pub aşkarlandı

Bakıda Andranikin şəkli vurulan kafe-pub aşkarlandı

Təhsil

7 Aprel 2015, 14:49

Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən kafe-publardan birinin önünə Ermənistanın milli qəhrəmanı olan Andranik Ozanyanın portreti vurulubmuş. Bu haqda Facebook  sosial şəbəkəsində məlumat və fotoşəkil yayılıb.

Modern.az-ın məlumatına görə, “Stara Praqa” adlı pubu işlədən şəxs bildirib ki, hələ iki il əvvəl bu obyekti alarkən həmin fotoşəkil orda olub və onun altında “Pyotr Nikodimoviç Montin” yazılıb. 

Sahibkar bildirib ki, portretin həmin şəxsə aid olduğunu düşünüb və yerləşdiyi ərazinin də adına uyğun olduğu üçün onu götürməyib.

Hadisə yerinə gələn polis əməkdaşları artıq Andranikin portretini ordan götürüb. Kafeni işlədən sahibkar ifadə vermək üçün Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparılıb. Onun ilkin ifadəsinin alındığı bildirilir.


Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə