Modern.az

Nissandan Əbu Dabi səhra yarışmasına dəstək

Nissandan Əbu Dabi səhra yarışmasına dəstək

Təhsil

6 Aprel 2015, 15:56


Emile Khneisser-dən əlavə  Nissanın Orta Şərq üzrə nümayəndəliyi Nissan Patrol avtomobillərində yarışacaq əlavə beş sürücünün sponsorluğunu öhdəsinə götürmüşdür.

Nissanın Orta Şərq üzrə nümayəndəliyi Əbu Dabi səhra yarışmasında rallidə “Hər məkanın qəhrəmanı” olan Nissan Patrol avtomobillərində yarışacaq əlavə beş sürücünün sponsorluğunu öhdəsinə götürmüşdür. Bu dəstək Nissan-ın ötən ilki yarışmada bəyənilən və Nissan Patrol avtomobilində əhəmiyyətli rallilərdə qələbə qazanmış Emile Khnesisserlə bağlı aparıcı sponsorluğuna əlavədir. 

Ralli müddətində Nissan Patrol avtomobillərini idarə etməyə dair onların qərarını nəzərə alaraq, Yapon avtomobil istehsalçısı Nissan Ali Al-Ketbi, Məhəmməd Əl-Mansuri, Nabil Əl-Şəmsi, Nuh Buhumaid və  Matar Əl-Mansurinin sponsorluğunu öhdəsinə götürmək haqqında qərar qəbul etmişdir. Nissan onları texniki dəstək, pulsuz ehtiyat hissələri və yarışma ərzində Nissan-ın dəstək xidmətindən istifadə ilə təmin edəcək. Yarışda həmin sürücülərin iştirakını Cavid Varis, Səid Əl-Mansuri, Arif Yusef Məhəmməd və Suhail Əl-Ali və Omani Ahmed Əl-Hacri kimi Əmirliklərin birgə sürücüləri də dəstəkləyir. 

Nissanın Orta Şərq üzrə nümayəndəliyinin baş direktoru Samir Cherfan demişdir: “Bu dəfəki Əbu Dabi səhra yarışmasında daha çox sürücünü dəstəkləyə biləcəyimiz üçün həyəcanlıyıq. Nissan Patrol avtomobillərini idarə etməyə dair onların qərarı həmin avtomobillərin “Hər məkanın qəhrəmanı” kimi şücaətini göstərir və ciddi ralli ərzində ehtiyacları olacaq istənilən dəstəyi təklif etmək istəyirik. Nissan-ın Orta Şərqdə keçirilən avtomoil yarışlarına güclü marağı vardır və səhra yarışması regionda ən vacib rallilərdən biridir – bu səbəbdən də onun 12-ci ilində dəstəklədiyimizə görə şərəf duyuruq.”

Nissanın dəstəklədiyi 25-ci Əbu Dabi səhra yarışması BƏƏ-nin qərb səhraları boyunca beş həddindən artıq çətin mərəhələdə baş tutur.Ralli həmçinin dərə-təpə ərazilərdə keçirilən rallilər üzrə FİA Dünya Kubokunun ikinci mərhələsi və FİM dərə-təpə ərazilərdə keçirilən rallilərin dünya çempionatıdır. Rallidə bu sürücülərin dəstəklənməsindən başqa, şirkət ralli rəsmilərinin istifadəsi üçün BƏƏ ATC-ni Nissan Patrol avtomobillərinin parkı ilə təmin etmişdir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə