Modern.az

Erməni müxalifətinin 4 üzvü həbs olunub

Erməni müxalifətinin 4 üzvü həbs olunub

Təhsil

7 Aprel 2015, 16:38

Ermənistan İstintaq Komitəsi 24 aprel günü kütləvi iğtişaş hazırlamaq ittiham ilə “Təsisedici parlament” hərəkatının lideri Jirayr Sefilyan və Qevorq Səfəryanı həbs edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl hərəkatın  daha 2 üzvü – Varujan Avetisyan və Pavel Manukyan da həbs olunmuşdular.

Onlar aprelin 24-ü “erməni soyrımı”nın 100 illiyi ilə bağlı mərasimdə kütləvi iğtişaş hazırlamaqda ittiham olunurlar. “Təsiedici parlament” hərəkatının əslən Livandan olan lideri Jirayr Sefilyan Dağlıq Qarabağ müharibəsi zamanı xüsusi Şuşa batalyonun komandiri kimi fəaliyyət ilə tanınır. O, Robert Koçaryan hakimiyyəti dövründə də antikonstusion hərəkətlərinə görə 1,9 il həbs yatıb. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə