Modern.az

Xaricdə təhsil almaq üçün məsləhət xidməti yaradılacaq

Xaricdə təhsil almaq üçün məsləhət xidməti yaradılacaq

10 Oktyabr 2009, 15:58

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən gənclərin xaricdə təhsil almaq imkanlarının artırılmasına həsr olunmuş seminar keçirilib.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mərkəzin təsisçisi Vüsal Quliyev qeyd edib ki, seminarın məqsədi gənclərin xaricdə təhsil almaq imkanlarının genişləndirməsini və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını onlara çatdırmaqdır. Seminarda

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Chevining proqramının təqaüdçüsü Şahin Bayramov isə ən yaxşı xarici universitetlər, onlara müraciət forması, həmin universitetlərə qəbul qaydaları və müxtəlif təhsil proqramları haqqında ətraflı məlumat verib.

100 nəfərə yaxın gəncin iştirak etdiyi seminarda V.Quliyev deyib ki, yaxın vaxtlarda Mərkəzdə xaricdə təhsillə bağlı məsləhət xidməti yaradılacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?