Almaniyanın “Der Stern” jurnalı Türkiyədəki suriyalıların dramını bir başqa perspektivdən işıqlandırıb. Modern.az bildirir ki, jurnalın internet saytında yerləışdirilən xəbərdə, xüsusilə iqtisadi çətinlik içindəki suriyalı qadın və qızların türk kişiləri tərəfindən ikinci, üçüncü, hətta dördüncü xanım olaraq pulla satın aldıqlarını yazıb.
“1800 avroya suriyalı ikinci bir xanım” başlıqlı xəbərdə, Türkiyənin bəzi bölgələrində çoxarvadlılığın varlı olmağın simvolu olduğu yazılaraq, “Suriyalı qadınların çətin vəziyyətdə olmaları, iqtisadi baxımdan daha çox əziyyət çəkənlərin də ikinci evlilik edə bilər vəziyyətə gətirib” ifadələrinə yer verilib.Türkiyədə qanuni olaraq təkarvadlılığın etibarlı olduğu xatırladılan xəbərdə, buna baxmayaraq, bəzi bölgələrdə imam nikahı iki, üç, hətta dörd arvadlı olanların varlığına diqqət çəkilib. Qadın haqları dərnəklərinin proqnozlarına görə, Türkiyədə 372 min qadının “günü” vəziyyətində olduğunu oxucularına çatdıran jurnal, evliliklərin təxminən 7 faizinin çox yoldaşlı olduğunu bildirdiyi Şanlıurfada keçirilən görüşləri xatırladıb.
Suriyalı qadın 5000 lirə
Şanlıurfada suriyalı bir qadının 5 min lirəyə (təxminən 1800 avro) olunduğuna diqqət çəkilən xəbərdə, ikinci arvad olaraq alınan türk qadınlarının dəyərinin daha yüksək olduğu bildirilir. Şanlıurfa Qadın Haqları Dərnəyinin sədri Həsrət Ulutaş deyib: “Qədimdən ikinci həyat yoldaşı zənginlər alırdı. İndi iqtisadi vəziyyəti çox yaxşı olmayanlar da ikinci evlilik etməyə başladı”.
Suriyalı bir qadınla ikinci evliliyini etmiş olan Polad adında Şanlıurfalı bir sənətkarın, evlilik yolu ilə fahişəliyin qarşısını aldıqlarını dediyini bildirən jurnal, həmin adamın bu fikirlərinə də yer verib: "Şəriətə görə bir müsəlman dörd qadınla evlənə bilər. Əgər ilk xanım çox danışırsa, kişi işlərinə çox qarışsa, ya da cinsi həyatda çətinliklər varsa, həlli fahişəxanaya getmək olmamalıdır. Bu,” Quran”a ziddir. Ancaq ilk xanım qarşı da çıxsa, ikinci evlilik dinə daha uyğundur. Biz bu səbəblə “Allahın qəzəbini üzərimizə çəkməkdənsə, qadının qəzəbini üzərim
Modern.az