Arxiv
14 Aprel 2015, 09:46 | AKTUAL
Türkiyəlı qadın keçmiş azərbaycanlı ərindən Azərbaycana şikayət etdi


Türkiyə vətəndaşı Belma Güncan  keçmiş həyat yoldaşı Mətləb Zakirovun ona qarşı hərəkətlərindən Modern.az saytına şikayət ərizəsi göndərib.

Şikayət məktubu bir neçə millət vəkilinə də ünvanlanıb.

 Belma Güncan şikayət ərizəsində bildirir ki, boşandığı halda hələ də təhdid və təhqirlərə məruz qalır.

 “Azərbaycan əsilli, 07.03.1978-ci il təvəllüdlü  Azərbaycanın Qəbələ rayonunda  doğulan, Mətləb Aydın oğlu  Zakirov ilə 06.06.2006-cı ildə Türkiyədə ailə qurdum. Bakıda yaşamağa başladıq. Ancaq mədəniyyət fərqliliyi, şiddətli davalara görə 2008-ci ilin may ayında rəsmən boşandıq.

Ancaq münasibətimizə yenidən davam edərək 2009-cu ildə Mətləb  Zakirov ilə yenidən ailə qurduq. İkinci evliliyimiz zamanı bir oğlumuz dünyaya gəldi. Uşağımız doğulduqdan sonra dava-dalaşlarımız daha da artdı. Hələ uşağımız 2 aylıq körpə ikən südümün halal olmadığını deyərək, dəfələrlə körpəmi əlimdən aldı və məni gecə yarısı evdən qovdu. Saatlarla körpəmin ağlama səsini qapının arxasında dinləməli oldum”.

 Belma Güncanın bildirdiyinə görə, uşağının 2 yaşına qədər həyat yoldaşı Mətləbin bütün işgəncələrinə dözməli olub. Son olaraq həyat yoldaşının onu boğması Belma xanımı daha çox qorxuya salıb. Buna görə də polisə şikayət ərizəsi yazıb.

 İddiaçı deyir ki, Mətləb polisə gedərək  pul qarşılığında onun verdiyi ifadəni dəyişdirtdirib.

 “Bütün bunlar azmış kimi Mətləb Zakirov ailəmi də təhqir edirdi. Təhqir, şiddət, söyüş və əziyyətlərə daha çox dözə bilmədim və Türkiyəyə qayıtdım.  2012-ci ildə boşanma iddiası ilə məhkəməyə müraciət etdim. Bir gün sonra isə bacım yol qəzası keçirdi. 25 gün xəstəxanada reanimasiyada qaldı və vəfat etdi. Həyatımda ən ağır anları yaşayırdım. Həmin vaxt Mətləb  Türkiyəyə gəldi və iddianı öyrəndiyi üçün uşağımızı qaçırmağa təşəbbüs etdi. Təxminən 1 il yarım  boşanma prosesi davam etdi və bu müddət ərzində bir neçə dəfə uşağımı qaçırmağa təşəbbüs etdi. Hamımızı öldürməklə təhdid edir, eyni zamanda  evimizi yandıracağı ilə də hədələyirdi. Haqqında təhdid və təhqirdən 6  iddia açıldı. Türkiyədə yaşayışı olmadığı üçün 4 iddia icraata götürlmədi. Digər 2-si isə davam etməkdədir. Bununla bərabər onun haqqında İstanbulda olan Azərbaycan Konsulluğuna da məktub yazaraq məni öldürməklə təhtid etdiyini bildirdim. Lakin polisə şikayət etməli olduğumu söylədilər”.

 Belma Güncan bildirdi ki, boşanma iddiası davam edərkən keçmiş həyat yoldaşına uşağını görməsində heç bir problem yaratmayıb. “Ancaq məhkəmə qərarına əsasən Mətləb Zakirov  oğlumuz üçün verməli olduğu alimenti də ödəmir. İş o yerə çatdı ki, ona görə məni işdən də kənarlaşdırdılar. O, işlədiyim şirkətdə dəfələrlə ofisə gəlib narahatlıq yaratdığı üçün işimə son verildi.

 Mətləb Zakirovdan  şikayətçiyəm. O, bu gün də mənə, ailəmə qarşı təhqir və təhdidlərini davam etdirməkdədir. Ən son 8 mart 2015-ci ildə küçənin ortasında məni döydü. Uşağı razılığım olmadan küçədə əlimdən alıb qaçırmaq istədi. Dəfələrlə başma vurdu, təpiklədi, içərisində ata və anasının da olduğu avtomobillə uşağımı uzaqlaşdırmaq istədi. 

Amma buna imkan vermədim. Uşağım hazırda məndədir.

Bu hadisədən sonra onun haqqında qəsdən adam döymə maddəsilə iddia açılacaq. İndi uşağın gözünün qarşısında yaşanan bu hadisədən sonra aldığım mənəvi və fiziki zərbənidüzəltmək üçün mübarizə aparıram.

Mənə kömək etməyinizi xahiş edirəm. Səsimi Azərbaycana çatdırın. Belə insanlar Azərbaycan barədə mənfi fikir formalaşdırırlar. Halbuki biz hamımız Azərbaycanı çox sevirik”.

 Şikayətçi bildirir ki, Mətləb Zakirov 10 ildən artıqdır ki, Bakıda bp neft şirkətində mexanika mühəndisi olaraq işləməkdədir.

Əslən Qəbələnin Bum kəndindədir.

Lakin uşaqlıq illərini Mingəçevirdə keçirmiş, universitet oxumaq üçün İstanbula getmiş, Boğaziçi Universitetinin maşın mühəndisliyi fakultəsinin məzun olub.

Daha sonra Türkiyədə müxtəlib firmalarda işləyib. Təxminən 10 ildir Bakıda yaşayır və işləyir.

Modern.az 

P.S. Qeyd edək ki, şikayətçi keçmiş həyat yoldaşının onu təhdid edən telefon danışığını və internet üzərindən yazışmasını redaksiyamıza göndərib.

Etikadan kənar olduğu üçün həmin dəlil-sübutları təqdim edə bilmirik.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyeva daha bir şəhid ailəsinə ev tikliməsilə bağlı göstəriş verdi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12 Azərbaycanda bu şəxslər 500 manatadək cərimələnəcək 11 İyul 2020, 14:05 Deputat: Soydaşlarımızın girov saxlanması Ermənistanın cinayət əməllərinin sübutudur 11 İyul 2020, 13:57