Roma Papası I Fransisk 2016-cı ildə Ermənistana səfər edəcək. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsi rəsmi məlumat yayıb.
“Şübhəsiz ki, Papa 2016-cı ildə Ermənistanı ziyarət edəcək. Səfər aprel ayında olmayacaq, amma səfərin rəsmi tarixi barədə onun özü şəxsən yaxın vaxtlarda açıqlama verəcək”.
Roma Papası I Fransisk aprelin 12-də Vatikanın Müqəddəs Pyotr kilsəsində “erməni soyqırımı” ilə bağlı kilsə ayini icra edib və 1915-c il hadisələrini “XX əsrin ilk soyqırımı” adlandırıb. Onun bu hərəkəti Türk dünyasında hiddətlə qarşılanıb.
Vüqar İsmayılov