Modern.az

Türkmənistanda 150 “islamçı” həbs olundu

Türkmənistanda 150 “islamçı” həbs olundu

15 Aprel 2015, 12:47



Türkmənistanda “qeyri-ənənəvi İslam”a sitayiş edən 150 nəfər həbs edilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, onlar “Tecen işi” adlandırılan cinayət faktı ilə bağlı istintaqa cəlb olunublar. Həbs olunanların hamısı istintaq və müvəqqəti saxlanma təcdirxanalarında yerləşdiriliblər.
Bu ilin fevralında Türkmənistanın Tecen şəhərində (Aşqabaddan 200 kilometr uzaqlıqda) “qeyri-ənənəvi İslam”a sitayiş etməkdə ittiham olunan 150 nəfər xüsusi xidmət orqanları tərəfindən saxlanılıblar. Onlar əfqan mücahidləri ilə əməkdaşlıqda və Türkmənistan paytaxtında terror aktlarına hazırlıqda şübhəli bilinirlər.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?