Modern.az

İŞİD İraqda daha bir şəhəri ələ keçirir

İŞİD İraqda daha bir şəhəri ələ keçirir

Dünya

15 Aprel 2015, 17:29

İraqın Ramadi şəhərinin “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçuları tərəfinfən ələ keçirilmək üzrə olduğu açıqlanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadın 110 kilometr qərbində olan Ramadi Anbar bölgəsinin mərkəzi və əksəriyyəti sünnilərin yaşadığı bir şəhərdir. Bir neçə gündən bu yana bölgədə davam edən qarşıdurmaların ardından şəhərin İŞİD-in nəzarətinə keçməsinin an məsələsi olduğu bildirilir.

Anbar bölgə Məclisinin başçısı Falih Esavi İŞİD-in təhdidinə qarşı şəhərin nə qədər dözə biləcəyinin müəyyən olmadığını bəyan edərək, İraq hökumətini koalisiya güclərinin hava qüvvələrinə dəstək verməyi çağırıb. Bu çağırış İraqın baş naziri Haydar Əl- Abadinin ABŞ prezidenti Barak Obama ilə görüşməsi ərəfəsində gəlib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar