Modern.az

Rusiyada 104 min hektar meşə yanır – VİDEO

Rusiyada 104 min hektar meşə yanır – VİDEO

Təhsil

16 Aprel 2015, 11:12

Rusiyanın Zabaykalye diyarında, Amur vilayətində, Xakasiya və Buryatiya respublikalarında meşə yanğınlarının sahəsi genişlənməkdə davam edir.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, meşə yanğınlarının sahəsi 104 min hekatar qədər genişlənib. Rusiya meşə təsərrüfatı xidmətinin idarə rəhbəri Yuliya Qavrikova ötən sutka ərzində 31 min hektar meşə sahəsinin kül olduğunu deyib.

“Qrinpis” təşkilatının məlumatına görə isə rəsmi orqanlar yanğının miqyasını iki dəfəyə qədər azaldır. Təşkilat yanğın sahəsinin ən azı 150 min hektar meşə sahəsini əhatə etdiyin və güclü küləyin köməyi ilə genişləndiyin yazıb. Ynağın azı 15 nəfərin ölümünə, minlərlə insanın isə evakuasiya olunmasına səbəb olub.

Yanğından zərər çəkmiş Çita sakini internetə meşə yanğınlarının dəhşətini sərgiləyən video yerləşdirib.

Modern.az həmin videonu təqdim edir. 


Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə