Modern.az

Türkiyədən Roma Papasına daha bir cavab: Aya-Sofya Muzeyi məscid kimi açıla bilər

Türkiyədən Roma Papasına daha bir cavab: Aya-Sofya Muzeyi məscid kimi açıla bilər

16 Aprel 2015, 11:31


Roma Papası I Fransiskin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına cavab olaraq Türkiyə Aya-Sofya Muzeyini məscid kimi imanlı insanların üzünə aça bilər.

Modern.az “Milliyet”ə istinadən xəbər verir ki, bunu Ankara müftisi Məfail Hızlı bildirib.

Ankara müftisi bildirib ki, Roma Papası I Fransiskin bu açıqlaması Aya-Sofya Muzeyinin yenidən məscid kimi fəaliyyət göstərməsini sürətləndirəcək: “Papa Birinci Dünya Müharibəsində müsəlmanların çəkdiyi əzablara göz yumaraq, katolik kilsəsinin ermənilərlə həmrəyliyindən danışır”.

Roma Papası I Faransisk Vatikanda 1915-ci il hadisələrində ölənləri anmaq üçün təşkil olunan ayində işlətdiyi “20-ci əsrin ilk soyqırımı ermənilərə qarşı keçirilib” ifadəsini işlədib. Bu isə Türkiyədə böyük etirazlara səbəb olub.

Sevinc Yasinqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır