Modern.az

Ahıl jurnalist Bəhram İbrahimov evində ziyarət edilib

Ahıl jurnalist Bəhram İbrahimov evində ziyarət edilib

Təhsil

16 Aprel 2015, 16:38



Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri Şuranın “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” layihəsi çərçivəsində veteran jurnalist Bəhram İbrahimovu mənzilində ziyarət edib, onun səhhətindəki durumla maraqlanıblar.

Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov 85 yaşının tamam olması münasibətilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun və ölkə jurnalistlərinin təbriklərini yubilyara çatdırıb, Şuranın xatirə diplomunu və hədiyyəsini qocaman jurnalistə təqdim edib.

Ömrünün 60 ildən çoxunu mətbu fəaliyyətə həsr etmiş B.İbrahimovun ömür yoluna nəzər salan həmkarları Məzahir Süleymanzadə, Fazil Abbas, Tahir Aydınoğlu söhbət zamanı bildiriblər ki, onillər boyu “İnşaatçı”—“Stroitel” qəzetlərində şöbə müdiri olan Bəhram müəllim tikinti-quruculuq mövzularında yazan təcrübəli jurnalist kimi tanınıb, çalışqanlığı, xeyirxahlığı ilə gənc yazarlara arxa-dayaq və örnək olub.

Möhkəm yaddaşı ilə seçilən və zəngin arxiv yaratmış Bəhram müəllim biliyini və təcrübəsini sonrakı nəsillərə çatdırmaq üçün 30-dək kitab yazıb. Yubilyarın hazırladığı 3 cildlik “Azərbaycanın Tikinti Kompleksi Ensiklopediyası” inşaatçı mütəxəssislərin stolüstü kitabıdır. Son illərdə Respulika Ağsaqqallar Şurasının mətbu nəşrlərində fəaliyyət göstərib.



Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə