Modern.az

Bəşər Əsədə yaxın terrorçuların Türkiyədə təxribatı iflasa UĞRADI

Bəşər Əsədə yaxın terrorçuların Türkiyədə təxribatı iflasa UĞRADI

Təhsil

16 Aprel 2015, 16:40

İstanbulda Xalq Qurtuluş Partiyası –Cəbhəsi (DHKP-C) terrorçu şəbəkəsinə qarşı əməliyyat aparılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror aktları hazırlamaqda şübhəli bilinən 2 nəfər həbs olunub.   Məlumata görə həbs edilənlərin üzərinin axtarışı zamanı onlarda rəqəmsal hesabatların olduğu aşkarlanıb.  

DHKP-C –nin tutulan üzvlərinin siyasi partiya binalarında, konsulluqlarda, xarici təşkilatların nümayəndəliklərində terror aktı planlaşdırdıqları,  məşhur iş adamlarına, hüquq-mühafizə orqanlarının əməkşdaşlarına qarşı sui-qəsd hazırladıqları bildirilir.  

Xatırladaq ki, bir müddət öncə Gəzi parkı hadisələri zamanı öldürülən Berkin Əlvanın işi ilə bağlı istintaq aparan prokuror Mehmet Səlim DHKP-C terrorçuları tərəfindən öldürülüb.  

DHKP-C-nin Suriya prezidenti Bəşər Əsədə yaxın “Şəbbiha” qruplaşması ilə təmaslarda olması barədə də məlumatlar var.

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə