Modern.az

Azay Quliyev: “Əgər Avropa Parlamenti az da olsa ədalətlidirsə...”

Azay Quliyev: “Əgər Avropa Parlamenti az da olsa ədalətlidirsə...”

Təhsil

16 Aprel 2015, 18:02

“Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə siyasi baxımdan acı təəssüf hissi doğurduğu kimi, hüquqi baxımdan da absurddur. Hamı bilir ki, avropalı deputatların bu qərarı qərəzli və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil”.

Modern.az
xəbər verir ki, Milli Məclisin deputatı Azay Quliyev belə deyib.

“Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər.  O zaman onlaradan soruşmaq lazımdırt: 23 il əvvəl hamının gözü qarşısında baş vermiş, aydın və dəqiq faktlarla sübuta yetirilmiş, eyni zamanda Ermənistan prezidenti Serj Sərkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Və yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul edəcək?
Əgər Avropa Parlamenti az da olsa ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda dediyi qətnamələri qəbul edərək özünün qərəzli olmadığını sübut etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? İnanmaq çox çətindir”, - Azay Quliyev bildirib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə