Modern.az

Türkiyədə mərkəzi küçələrdən birinə Qarabağ adı verildi

Türkiyədə mərkəzi küçələrdən birinə Qarabağ adı verildi

Təhsil

17 Aprel 2015, 11:09


Millət vəkili Qənirə Paşayeva Nevşəhərə səfəri şərçivəsində tarixi Kapadokyanın Uçhisar bələdiyyə başqanı Ali Karaaslan ilə görüşüb. 

Modern.az xəbər verir ki, bələdiyyə başqanı ilə yenidən görüşməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva gorüşdə Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr olduğunu bildirərək, qədim Kapadokya, Uçhisarla da Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək istədiklərini bildirib və bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı  da fikir mübadiləsi aparıb. Uçhisar bələdiyyə başqanı millət vəkili Qənirə Paşayevanın bundan öncə Nevşəhərə səfəri zamanı verdiyi konfransda və Azərbaycan-Türkiyə qardaşlıq gecəsində çıxışında üzünü Nevşəhərlilərə tutaraq bu tarixi bölgədə gözəl Qarabağımızın adını daşıyan bir park və ya küçə görmək istəyirik çağırışını xatırladaraq tarixi Kapadokya olaraq bu çağırışa səs verdiklərini və bələdiyyə qərarı ilə turizm mərkəzlərindən biri olan Kapadokyanın mərkəzi küçələrindən birinə Qarabağ adı verdiklərini bildirib və bunun bir qardaşlıq vəzifəsi olduğunu deyib.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə