Modern.az

Deputat: "“Qara piar”a qarşı cəmiyyət də mübarizə aparmalıdır"

Deputat: "“Qara piar”a qarşı cəmiyyət də mübarizə aparmalıdır"

20 Sentyabr 2010, 15:27

Milli Məclisin ixtisasca jurnalist deputatı Elmira Axundova Elmira Axundova seçki ərəfəsində jurnalistikada böyüyən “qara piar”a münasibət bildirib. Modern.az-a açıqlamasında E.Axundova deyib ki, bu məsələdən ilk növbədə cəmiyyət zərər  çəkir: “Yanlış, qərəzli məlumatlat insanları çaşdırır. Eyni zamanda bu, jurnalistikanı nüfuzdan salır. Ona görə də buna qarşı cəmiyyət mübarizə aparmalıdır”.

“Özüm jurnalist işləmişəm” deyən deputat bildirib ki, o, jurnalistlərin qara piarla məşğul olmasının əleyhinədir: “Özüm jurnalist olmuşam. Deyə bilərəm ki, belə taktika onların öz əleyhinə işləyəcək. Adına jurnalist deyən şəxs bu işlərlə məşğul olmamalıdır”.

Onun sözlərinə görə, jurnalistikanın qızıl qaydası var və orada göstərilir ki, yazıda jurnalist tərəf kimi görünməməlidir: “Eyni zamanda kimdən yazırsansa, onun da rəyini öyrənməlisən. Mediada gedən məlumatda bildirilir ki, guya mənim namizəd olduğum 71 saylı Masallı kənd dairəsindən Vəsadət Əzizov və Əliməmməd Nuriyev də namizədliklərini irəli sürüblər. Ancaq bu məlumatı nə DSK,  nə də həmin şəxslərin özləri ilə dəqiqləşdiriblər. İndi isə məlum olur ki, bu məlumat tam yalandır. Belə də jurnalistika olar. Mənim barəmdə də yazıblar ki, seçiclər arasında heç bir nüfuzum yoxdur. Bu məsələdə bir seçici fikri öyrənməyiblər”.

Bu yaxınlarda ATƏT-in Bakı ofisi ilə Mətbuat Şurasının jurnalistlərin yeni etik kodeksini hazırladığını xatırladan deputat qeyd edib ki, həmin məsələnin müzakirəsində bu sənədin kağız üzərində qalacağını bildirib. O zaman mənə etiraz edənlər indi proqnozlarımın doğru çıxdığı ilə razılaşırlar.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir