Modern.az

Konfliktlərin həllində QHT-dövlət əməkdaşlığı

Konfliktlərin həllində QHT-dövlət əməkdaşlığı

17 Aprel 2015, 13:53

Müasir dövrdə konfliktloji problemləri  araşdıran   tədqiqatçıları düşündürən  məqamlardan biri də  münaqişlərin həllində QHT-dövlət əməkdaşlığının əhəmiyyətli olmasıdır. Onların fikirincə münaqişələrin qarşısının alnmasında və həlli prosesində QHT-dövlət əməkdaşlığının vacibliyi bu gün aktual məsələlərdən biridir.

Bu gün inkişaf edən və ya inkişaf etməkdə olan ölkələrdə münaqişələrin yaranması səbəblərindən biri də güclü informasiya axını və  informasiya  bolluğudur. Doğrudan da qərar qəbul edənlər əksər hallarda o qədər informasiya bolluğuna düşür ki, bəzən onu düzgün qiymətləndirə, ondan istifadə edə bilmir. Qərar qəbuletmə üçün vacib olan əsas məlumatların seçilməsi üçün çox vaxt qalmır. Düzgün olmayan qərarın qəbul olunması isə müxtəlif konfliktlərin yaranmasına gətirib çıxarır. Bu baxımdan da münqaişələrin qarşısının alınması və həlli üçün mövcud informasiyaların toplanması, emalı, ondan istifadəsi üçün QHT-lərin dövlətlə əməkdaşlığı faydalı ola bilər.

Tədqiqatlar zamanı əldə olunan nəticələrə görə bu əməkdaşlığın  birinci forması QHT-lərin bir “beyin mərkəzi” olaraq dövlətlə birgə sosial-iqtisadi, siyasi problemlər, qərarlar və digər istiqamətlərdə informasiyaların toplanması və əsaslı elmi tədqiqatlar aparmasıdır. Əməkdaşlığın bu forması gələcəkdə yarana biləcək münaqişələrin qarşısının alınması və mövcud problemlərin zamanında  həll olunması üçün vacibdir.

Əməkdaşlığın  ikinci forması konflikitlərin qarşısının alınması və həlli zamanı  QHT-lər tərəfindən dövlətin vəzifəli şəxslərin baxdıqları müxtəlif  məsələlər üzrə məsləhətlərin verilməsindən ibarətdir. Bu proses bir neçə mərhələdə baş verə bilər. QHT-lər brifinqlər təşkil edə bilər, münaqişənin qaşısının alınması və həlli siyasətinin işlənib hazırlanması ilə məşğul olan şəxslər üçün seminarlar keçirə bilər. Bundan başqa qanunvericilik orqanlarında baxılan qanunlar üzrə xülasələr dərc edə bilər, verilən tövsiyyələr ictimailəşdirilə və  rəy formasını ala bilərlər. Tədqiqatçıların fikirincə son siyasi tövsiyə çox vaxt qısa, sadə və qeyri-rəsmi formada, adətən təxirəsalınmaz tələbata uyğun olaraq verilir. Bir çox ölkələrdə isə, xüsusilə hakimiyyətin icra, hesabat vermənin qanunvericilik qollarında cəmləşdiyi  və ictimaiyyətin zəif olduğu ölkələrdə siyasi tövsiyyənin ictimaiyyət üçün yazılan hesabatlardan daha çox siyasi rəhbərlik üçün keçirilən brifinqlərdə “ayrı-ayrı şəxslər tərəfindən və ehtiyatla” verildiyi halda  daha səmərəli olur.


QHT- dövlət əməkdaşlığının ikinci forması birincidən  o cəhət fərqləndirir ki, burada QHT-lər  ilkin tədqiqat aparmaq əvəzinə artıq mövcud olan xüsusi bilikləri işə cəlb edir.

QHT-lərin  dövlətlə üçüncü əməkdaşlıq forması münaqişələrin qarşısının alınması və həlli istqamətində   dövlət siyasətinin qiymətləndirilməsi istiqamətində birgə tədqiqatların aparılmasından  ibarətdir. Belə tədqiqatlar  qarşıya çıxan bir çox suallara cavab verə bilər. Sözsüz ki, qiymətləndirmə ilə bağlı tədqiqatların səmərəliliyi dövlət siyasətinin təsirliliyi və daha uğurlu həyata keçirilməsi üçün önəmlidir.

Dördüncü əməkdaşlıq forması ondan ibarətdir ki, QHT-lər və dövlət birgə olaraq  “münaqişələrin müzakirəsi və ideya mübadiləsi şəbəkəsi”nin inkişafına yardım edə bilər. Burada əsas element kimi informasiya mübadiləsi və şəxsi münasibətlər çıxış edə bilər. Tədqiqatçıların fikirincə siyasətçilər dar sahələrdə mütəxəssis olmaya bilər və buna  görə də onlar məsələnin tədqiq edilməsinin texniki təfərrüatı ilə maraqlanmaya bilər, lakin mütəxəssislə fikir mübadiləsi əsnasında onlar mütəxəssislərinin hər hansı bir sosial, iqtisadi, siyasi və s. problemlərə ümumi və ayrı-ayrı baxışlarını qəbul edə bilər. Əməkdaşlığın bu forması çox vaxt birgə olaraq dəyrimi masa,seminar, konfransların və digər tədbirilərin  vasitəsilə həyata keçirilir.

Beşincisi, münaqişələrin qarşısının alınması və həlli zamanı QHT-lər  dövlətə mütəxəssislər təklif edə bilər. Dövlət də eyni zamanda QHT  mütəxəssislərinin təcrübə keçməsi və mübadiləsini  təşkil edərək həm də ali siyasi rəhbərliyin yeni nəslinin hazırlanmasında yardımçı ola bilər.

 Nəhayət, QHT işçilərinin tez-tez yerinə yetirdikləri əsas vəzifə ictimaiyyətin maarifləndirilməsidir. Bu vəzifə münaqişələrin qarşısının alınması və həlli zamanı dövlət nümayəndələri ilə birgə müxtəlif formalarda, məsələn, ictimai məruzələr və seminarlar formasında həyata keçirilə bilər. Eyni zamanda daha çox yayılmış fəaliyyət forması birgə olaraq elektron və çap kütləvi informasiya vasitələri üçün  cari  hadisələrin şərhinin hazırlanmasıdır.

Beləliklə, konfliktlərin  qarşısının alınmasında və həllində yaxşı məlumatlandırılmış cəmiyyətlərdə olduğu kimi informasiya çatışmazlığı duyulan cəmiyyətlərdə də qərar qəbul edənlər  və bütövlükdə siyasətin formalaşması prosesində maraqlı olan şəxslərin aydın, etibarlı, başa düşülən və faydalı informasiyaya ehtiyacı var. Bu ehtiyacın təmin olunması üçün QHT-dövlət əməkdaşlığı əhəmiyyətlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir