Modern.az

Gənclər Bakıda qırğız nazirlə görüşüblər

Gənclər Bakıda qırğız nazirlə görüşüblər

Qarabağ

20 Sentyabr 2010, 16:46


Gənclər və İdman Nazirliyində Qırğızstanın gənclərlə iş üzrə naziri Alınkulov Aliyazbek Tolbaşıyeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (GTMŞ) görüşü keçirilib. Milli Şuradan Modern.az-a verilən məlumata görə, nümayəndə heyəti ilə görüşdə GTMŞ-nın sədri Fuad Muradov, baş katib Orxan Ərəbov, habelə «Demokratik islahatçı gənclər» İctimai Birliyinin sədri Vüsalə Hüseynova, «Dünya gənc türk yazarlar» birliyinin sədri Əkbər Qoşalı iştirak edib.

Görüşdə iki ölkənin gənclər təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib. Həmçinin hər iki ölkənin gənclər təşkilatlarının gələcəkdə birgə layihələrdə iştirakı mövzuları da nəzərdən keçirilib.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı