Modern.az

Çində 71 yaşlı qadın jurnalistə 7 il iş kəsildi

Çində 71 yaşlı qadın jurnalistə 7 il iş kəsildi

Təhsil

17 Aprel 2015, 15:19


Çin məhkəməsi 71 yaşlı qadın jurnalist Qao Yunu 7 il müddətinə azadlıqdan məhrum edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yaşlı jurnalist Çin Kommunist Partiyasının daxili sənədlərini “xarici düşmənlərə” ötürməkdə və “dövlət sirlərinin sızdırılmasında” ittiham olunub.

Qao Yunu ötən il Çin telekanllarında ona qarşı irəli sürülən ittihamları etiraf etsə də, bunun təzyiq altında etdiyini və qərardan apelasiya şikayəti verəcəyini deyib.

Hüquq müdafiəçiləri isə bu həbsin Qao Yunun hüquq sahəsindəki fəaliyyəti ilə bağlı olduğunu ehtimal ediblər. Bundan əvvəl də jurnalist xanım başqa ittiham üzrə 7 il həbsdə yatıb.    

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə