Qızıl Aypara Cəmiyyətinin (Az.QAC) 95 illik yubileyi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu ilin mart ayında Cəmiyyətin prezidenti Novruz Aslanov Azərbaycan Respublikasının ictimai -siyasi həyatında səmərəli fəaliyyətinə, Az.QAC-ın inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdi.
Aprelin 16-da Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə keçirilən tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 95 illiyinin qeyd edildiyini xatırladıb və Azərbaycan dövlətinin Qızıl Aypara Cəmiyyətinə hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.