Modern.az

Ukraynakı müharibədə 6116 nəfər öldürülüb, 15474 adam yaralanıb

Ukraynakı müharibədə 6116 nəfər öldürülüb, 15474 adam yaralanıb

17 Aprel 2015, 21:45

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Ukraynanın şərqində hökumət qüvvələriylə Rusiyayönlü separatçılar arasında 2014-cü ilin aprelindən indiyə kimi davam edən silahlı qarşıdurmalarda öldürülənlərin sayı 6116 nəfərə çatıb.
Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Cenevredə təşkil edilən mətbuat konfransında BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani bildirib ki, Ukrayna müharibəsində 6116 nəfər öldürülüb, 15 min 474 adam yaralanıb.

"Amma gerçək rəqəmlərin daha yüksək olduğu istisna deyil”,- o, bildirib.

”Ukraynadakı qarşıdurmalar əsnasında bu il 400 vətəndaş öldürülüb" deyən BMT sözçüsü onlar arasında bir eks-deputat və iki jurnalistin olduğunu qeyd edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir