Modern.az

Bakıda ağır yol qəzası - 3 ölü, 1 yaralı

Bakıda ağır yol qəzası - 3 ölü, 1 yaralı

Təhsil

17 Aprel 2015, 22:24

Aprelin 17-də axşam saatlarında Bakı şəhərində ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Nizami rayonunda yol-nəqliyyat qəza hadisəsi ölümlə nəticələnib.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerini təhqiq edərkən, deformasiyaya uğramış “Lifan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində öldüyünü aşkarlayıblar. Digər sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:50-də başa çatıb.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə