Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə 18 aprel 2015-ci il tarixində nazirliyin Aparatı və Su Ehtiyatları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Modern.az xəbər verir ki, əməkdaşların fəallığı ilə müşayiət olunan aksiya zamanı Ceyranbatan su anbarı ətrafında böyük ərazidə təmizlik-abadlıq işləri aparılıb, 1100 sidr ağacı əkilib. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.