Modern.az

Mövlud Çavuşoğlu Ukraynaya gedib

Mövlud Çavuşoğlu Ukraynaya gedib

20 Sentyabr 2010, 18:07

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu Ukrayna rəsmiləri ilə görüşlər keçirmək üçün Kiyevə gedib.
AzərTAc-ın məlumatına görə, sentyabrın 20-21-də M.Çavuşoğlu Ukrayna paytaxtında Prezident Viktor Yanukoviç, Ali Radanın sədri Vladimir Litvin, Baş nazir Nikolay Azarov və xarici işlər naziri Konstantin Qrişşenko ilə görüşəcək.
AŞPA prezidentinin Ukrayna koalisiyasının və müxalifətin liderləri ilə, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşləri planlaşdırılır.
Səfərin son günü, sentyabrın 22-də M.Çavuşoğlu Odessaya gedəcək, orada Odessa Milli Hüquq Akademiyasının müəllimləri və tələbələri, həmçinin regional hakimiyyət orqanlarının nümayəndələri ilə görüşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir