Modern.az

Şəkidə ağır yol qəzası - ölən və yaralanan var

Şəkidə ağır yol qəzası - ölən və yaralanan var

Təhsil

20 Aprel 2015, 10:18

Ötən gecə Şəki rayonu, İnçə kəndində (rayon mərkəzindən 15 km aralı) VAZ markalı minik avtomobilinin yol kənarındakı səkiyə çırpılması nəticəsində ağır qəza  baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində avtomobilin sahibi 1989-cu il təvəllüdlü Züliyev Orxan Yunis oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə