Modern.az

Azərbaycanlı gənclər Türkiyəyə simpoziuma gedirlər

Azərbaycanlı gənclər Türkiyəyə simpoziuma gedirlər

Qarabağ

20 Sentyabr 2010, 19:33

Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvləri Türkiyədə keçiriləcək  “Türk Dünyası Son Yüz İldə Beynəlxalq Simpozium”da iştirak edəcək. Bu barədə Modern.az-a məlumat verən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynova bildirib ki,  Azərbaycan gənclərinin Türk dünyası ilə münasibətlərinin inkişaf etdirilməsi və sıx əlaqələrin qurulması bu günün prioritetlərindəndir:
“Düşünürəm ki, ölkə gənclərinin dünyaya inteqrasiyası istənilən istiqamətdə təqdirə layiq hal kimi qiymətləndirilməlidir. Bu gün ölkə gəncləri Türk Dünyası, Avropa , Avrasiya ümumilikdə dünyaya inteqrasiyada öz tövhəsini verməkdədir.

Azərbaycanın Türk dünyasına inteqrasiyası və qarşılıqlı əlaqələrin möhkəmlənməsi istiqamətində aparılan işlər dinamik bir templə irəliləyir. Bu günlərdə Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə görüşündə də bəyannamədə öz əksini tapan yeni qərarlar bunu bir daha təsdiqləyir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası da dövlətimiz tərəfindən Türk dünyasının inkişafına göstərilən səylər çərçivəsində ölkə gəncləri olaraq bu istiqamətdə öz  tövhəsini verməkdədirlər”.
V.Hüseynovanın sözlərinə görə, sözügedən simpozium bu ilin sonunda Ankarada keçiriləcək.

Qeyd edək ki, simpozium 2010 ilin Uluslararası Türk Kültür Teşkilatı olan TÜRKSOY tərəfından Prof. Dr. Əhməd Zəki Vəlidi Togan ili elan edilməsi münasibətilə keçirilir.

Simpoziumda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti  Dərviş Əroğlu,  Türkiyə olmaqla Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr, Makedoniya, Kosova, Ukrayna və Rusiya Federasiyasının  nümayəndələri, alimlər, millət vəkilləri,  iş adamları və KİV təmsil olunacaqlar. Tədbirdə Türk Dünyasının  prioritet məsələləri müzakirə olunmaqla yanaşı, türk dövlətləri arasında ikili və çoxtərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması, bu istiqamətdə atılacaq addımlar müzakirə olunacaq.

   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir