Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin parlament seçkilərində hansı dairədən deputatlığa namizəd olacağı hələ dəqiqləşməyib.
Bu barədə Modern.az saytına Pənah Hüseyn məlumat verib. O bildirib ki, bu həftə ərzində hansı dairədən namizəd olacağını elan edəcək.
“Hansı dairədən namizədliyimi verəcəyimi bu həftə ərzində elan edəcəm. İndidən nəsə deyə bilmirəm. Çünki hələ qərar verilməyib”.
Sevinc Yasinqızı