Modern.az

Milli Qəhrəman barədə bukletin təqdimatı keçirilib

Milli Qəhrəman barədə bukletin təqdimatı keçirilib

Təhsil

20 Aprel 2015, 11:45


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova” layihəsi çərçivəsində növbəti tədbir keçirib. Modern.az xəbər verir ki, aprelin 18-də Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, qəhrəmanlığı ilə gənclərimizə örnək olan Gültəkin Əsgərova ilə bağlı qısa məlumatların yer aldığı bukletin təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyəti  barədə danışıb. O, Milli Qəhrəman Gültəkin Əsgərovanın həyat və döyüş yolunun gənclər arasında təbliğ edilməsinin zəruri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən orta məktəbin müəllimləri bu tədbirlərin şagirdlərin vətənpərvər ruhda böyüməsinə böyük töhfə olduğunu bildiriblər.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə