Modern.az

“Azadlıq” radiosunun Bakı bürosuna müvəqqəti rəhbər təyin edilib

“Azadlıq” radiosunun Bakı bürosuna müvəqqəti rəhbər təyin edilib

20 Sentyabr 2010, 21:03

“Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik müvəqqəti olaraq radionun əməkdaşı Babək Bəkirə tapşırılıb.  Radionun Bakı Bürosundan Modern.az-a verilən məlumata görə, Praqa ilə razılaşmaya görə, yaxın müddət üçün radioya rəhbər təyin edilməyəcək.
Radionun Praqadakı baş ofisində Azərbaycan bölməsinə rəhbərlik edən Kənan Kazımoğlu hələlik Bakı bürosunun da işini kurasiya edəcək. Daxili məsləhətləşmələr nəticəsində qərara alınıb ki, Bakı bürosuna kənardan rəhbər gətirilməsin. Əməkdaşlar hesab edirlər ki, kənardan təyin olunan rəhbər konfliktlər üçün zəmin yaradır.

Qeyd edək ki, “var.az” saytı “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın istefa verdiyi haqda məlumat yayıb. Xədicə İsmayılova bildirib ki, istefa qərarına ötən həftə gəlib: “Çoxdandır bu barədə düşünürdüm. Ötən həftə rəhbərliklə müzakirə etdik və istefam qəbul olundu. Yaradıcılıq və inzibati iş bir araya sığmırdı. Mən də çox fikirləşib jurnalistikanı, yaradıcılığı seçdim”.
Radioda jurnalist fəalyyətini davam etdirəcəyini deyən Xədicə İsmayılova Bakı bürosuna kimin rəhbər gələcəyini bilmədiyini vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu