Modern.az

Dağıstanda “Qafqaz İmarəti”nin lideri öldürülüb

Dağıstanda “Qafqaz İmarəti”nin lideri öldürülüb

Təhsil

20 Aprel 2015, 16:08


Dağıstanın Buynaksk rayonu ərzaisində öldürülən 5 silahlıdan birinin “Qafqaz İmarəti” dövlətinin əmiri olduğu müəyyən olunub.  

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü əmir Əliəshəb Kəbəkov  2014-cü ildə “Qafqaz İmarəti”nin lideri Doku Umarovun ölümündən sonra təşkilata rəhbərliyi öz üzərinə götürmüşdü.  

Bundan başqa, Rusiya xüsusi xidmət orqanlarının əməliyyatı zamanı Unçukul rayonu ərazisindəki silahlı qruplaşmalara rəhbərlik edən 1982-ci il təvəllüdlü Şamil Hacıyev, 1980-ci il təvəllüdlü Ömər Maqomedov və daha 2 sıravi mücahid öldürülmüşdü.  

“Qafqaz Əmirliyi” 2007-ci il oktyabrın 7-də elan olunub. Bu “dövlət”in tərkibinə Çeçenistan, İnquşetiya, Dağıstan, Kabarda-Balkar və Qaraçay-Çərkəz Respublikalarının əraziləri daxildir.    

Vüqar İsmayılov      

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə