Modern.az

AŞPA sessiyasında azərbaycanlı girovlarla bağlı çağırış edildi

AŞPA sessiyasında azərbaycanlı girovlarla bağlı çağırış edildi

Təhsil

20 Aprel 2015, 17:26


Bu gün Avropa Şurası parlamenr assableyasının yaz sessiyasının ilk günündə i məruzəçi  P.Agramundun hazırladığı “İnkişaf məruzəsi” müzakirə olunub. Modern.az xəbər verir ki, müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək  AŞPA-nı azərbaycanlı girovlar Şahbaz Quliyev və  Dilqəm Əsgərovun azad etmələri üçün Ermənistana təzyiq etməyə çağırıb. 

“ Mən cənab mərizəçinin və əziz həmkarlarım, sizin diqqətinizə bir məsələni çatdıraraq, bu istiqamətdə səylərinizi artırmağa çağırıram. Bilirsiniz ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən rejimin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova  qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçirilib. Bu günə qədər də  bütün beynəlxalq çağırışlara o cümlədən Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də  girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından, əziz dostlar, sizdən dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız”.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə