Dağlıq Qarabağda yaşayan keçmiş Bakı ermənisi Albert Voskanyan Dağlıq Qarabağ müharibəsi ilə bağlı öz xatirlərini bölüşüb. Separatçı “Dağlıq Qarabağ Respbulikası”nın “əsir və itkin düşmüş şəxslərlə iş üzrə dövlət komissiyası”nın sədr müavini olduğunu deyən Voskyanyan BBC-yə müsahibəsində azərbaycanlı əsir və girovlardan da danışıb.
Modern.az saytı Albert Voskanyanın söhbətini şərhsiz təqdim edir:
““Dağlıq Qarabağ”ın bir neçə əsgəri Ağdamın Baş Qərvənd kəndi istiqamətindəki döyüşdə həlak olmuşdu və onların cəsədləri Azərbaycan ordusunun nəzarəti altında olan ərazidə qalmışdı.
Həmin kənd uğrunda həlak olan bir neçə Azərbaycan əsgərinin cəsədi isə “Qarabağ ordusu”nun nəzarətindəki ərazidə idi. Ağır döyüşlər getdiyi üçün cəsədlərin dəyişdirilməsi barədə razılıq əldə etmək mümkün olmurdu. Yay idi, dəhşətli isitilər, təbii ki, cəsədləri basdırdıq...
...Saktiklik çökəndə Azərbaycan hökumətindən cəsədlərin dəyişdirilməsi ilə bağlı icazə almış Mamed adlı bir nəfər ratsiya vasitəsilə mənimlə əlaqə qurdu. Biz görüşmək barədə razılaşdıq. Hava dəhşətli dərəcədə isti olduğu üçün görüş qısa oldu. Razılaşdıq ki, növbəti gün meyitləri gətirək və sayından asılı olmayaraq onları bir-birimizə verək...
...Cəsədləri yaxınlarına vermək çox ağır prosesdi, mümkündür ki, kimsə bundan imtina etsin və sən cəsədlə tək qalasan. Mənim başıma belə işlər də gəlib. Ona görə Stepanakertdə (Xankəndi-red.) mən ölənlərin yaxınlarını topladım və hər ailədən öz qohumunu tanımaq üçün növbəti gün cəbhə xəttinə mənimlə yollanacaq 1 nəfər seçməyi təklif etdim.
Növbəti gün mən və bir neçə kişi (ölən əsgərlərin ataları və qardaşları) cəbhə xəttinə yollandıq. Demək olar ki, eyni anda əks tərəfdən Mamed bizə yaxınlaşmağa başladı. Amma həlak olan azərbaycanlıların qohumları onunla deyildilər. O dedi ki, əsgərlərin qohumlarını təmas xəttinə buraxmayıblar və buradan 200 metr məsafədə gözləyirlər.
Biz hər iki tərəfin cəsədlərinin gətirilməsini istədik. “Qarabağ əsgərləri” həlak olmuş azərbaycanlı əsgərlərin cəsədlərini xüsusi plastik kisələrdə gətirdilər. Azərbaycan tərəfinin bizim əsgərlərin meyitlərini gətirməsini gözlədik. “Qarabğ əsgərləri”nin cəsədləri kisədə olsalar da, kisəni açanda onların yanmış vəziyyətdə olduğunu gördük. Mamed bizim sualımıza cavab olaraq cəsədlər cəbhə xəttində qaldığı üçün basdıra bilmədiklərini, isti havaya görə isə onları yandırmaqdan başqa yollarının qalmadığını dedi.
Mən ölən əsgərlərin yaxınlarından cəsədləri tanımağı istədim. Və 1 saatlıq müşahidədən sonra insanların öz yaxınlarını müxətlif əlamət və paltar qalıqlarına əsasən tanımasına heyrətləndim. Xahiş etdim ki, onlar bir də diqqətlə cəsədlərə baxsınlar ki, sonra mənə etiraz etməsinlər.
Mamedlə sağollaşıb dağılışmaq istəyəndə mənə bir yaşlı azərbaycanlı yaxınlaşdı. Titrəyən əlləri ilə köynəyimi dartan azərbaycanlı onda Qarabaödan olan erməni əsgərin cəsədinin oldğunu deyirdi. Mən ona inamsız şəkildə baxdım. Qoca isə cibindən hərbi bilet çıxartdı, mən onu açdım və oxudum. Oğlanın soyadını xatırlamasam da, adının Arvid, anadan olduğnu yerin isə Şuşa rayonu olduğu yadımda qalıb. Azərbaycanlı qoca danışdı ki, oğlunun döyüşdə öldüyünü və hansı körpü altında basdırıldığını bilir.
Onun sözlərinə görə, bunu ona oğlunun döyüş yoldaşları danışıblar. Məhz bu səbəbdən erməni əsgərinin cəsədi ilə rastlaşanda o, cəsədi selofana bükərək basdırıb ki, sonra öz oğlunun cəsədinə dəyişsin. Buna görə də o, gəlmişdi...
Açığı, mən ona çox da inanmırdım və gözləmək qərarına gəldim. Yarım saat sonra 4 azərbaycanlı əsgər əldəqayırma tabut gətirdilər. Tabutun qapağını açdılar, baxdım ki, doğurdan da selofana bükülmüş və tanına bilən oğlan meyitidir. Hərbi biletdəki şəkli ilə tutuşdurdum – şübhəsiz o idi...
Erməni əsgərlərindən xahiş etdim ki, qoca azərbaycanlı ilə getsinlər və oğlunun meyitini dəfn olunduğu yerdən götürülməsində ona yarıdmçı olsunlar. Durmuşduq, siqaret çəkirdik, gözləyirdik. Baxdım ki, Azərbaycan tərəfdən daha bir qoca kişi qaça-qaça gəlfi və mənimlə çox gərgin səslə danışmağa başladı...
Təngnəfəsliyi keçəndən sonra bir az sakitləşib məndən oğlunun meyitini tapmaqda yardım istədi. Dedi ki, onu bura xanımı göndərib, özü Zaqataladan idi, ləzgiydi. “Arvadım dedi ki, oğlumun cəsədini tapmadan geri qayıtma”, -deyib mənim əlimi tutdu və öpməyə başladı.
Mən əlimi birtəhər çəkdim və ondan oğlunun ölümü ilə bağlı əlavə məlumatlar almağa başladım. Məlum oldu ki, onun əhvalatı bundan əvvəl, mənə yaxınlaşan qoca kişinin əhvalatı ilə eyni idi – o da köpü altında dəfn olunub və dəfn yerini mərhumun döyüş yoldaşları deyib. Ləzgi qoca mənə oğlunun həlak olduğu yerin sxemini göstərdi və oğlunun həmən yerdə dəfn olunduğunu söylədi.
Bu vaxt bizim əsgərlər bayaqkı qoca ilə qayıtdılar, onların daşıdığı xərəkdə qocanın həlak olan oğlunun cəsədi vardı. Faktiki olaraq, meyit dəyişdirilməsi prosesi başa çatmışdı, amma ləzgi qoca məınim qarşımda durub ağlayırdı. Mən yenə əsgərlərdən xahiş etdim ki, həmin körpünün altına qayıtsınlar və bu qocanın da həlak olan oğlunun cəsədini tapsınlar.
40 dəqiqə sonra qocanın göstərdiyi yerdə aşkar edilən oğlunun cəsədi tapıldı. Yalnız bu an öz qohumlarını basdırmaq üçün mənimlə birgə Stepanakertə (Xankəndi) qayıtmağı gözləyən ölmüş erməni əsgərlərinin qohumlarının bütün baş verənlərə səssiz tamaşa etdiklərini gördüm”.
Vüqar İsmayılov