Modern.az

Münaqişələrlə bağlı alt komitənin yaradılması qərara alındı

Münaqişələrlə bağlı alt komitənin yaradılması qərara alındı

Təhsil

20 Aprel 2015, 22:13

 


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun monitorinq komitəsinin yığıncağında münaqişələrlə bağlı alt komitənin yaradılması qərara alınıb.

Modern.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bununla əlaqədar AZƏRTAC-a müsahibəsində deyib:  

“Bu gün çox sevinirəm ki, yaz sessiyasında büronun fəaliyyəti ilə bağlı müzakirələrdəki çıxışımın davamı kimi monitorinq komitəsi digər münaqişələrlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitənin yaradılmasını da qərara aldı. Bu, o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi daim müzakirə olunacaq. Ermənistan tərəfi həmişə olduğu kimi, yenə Dağlıq Qarabağ münaqişəsini ört-basdır etməyə, onun müzakirə olunmamasına səy göstərsə də, bu, nəticəsiz qaldı. Məsələ səs qoyularkən komitə üzvlərinin əksəriyyəti, - əlbəttə Ermənistan nümayəndəsi istisna olmaqla, - münaqişələrlə bağlı alt komitənin yaradılmasının lehinə səs verdi.

Mən əvvəllər belə bir alt komitənin yaradılmasının vacibliyini çıxışlarımda dəfələrlə səsləndirmişdim. Amma monitorinq komitəsi bu dəfə məsələni kəskin şəkildə qoydu və Avropa Şurasına üzv ölkələr arasında münaqişələrin həlli ilə bağlı alt komitənin yaradılması haqda qərar çıxardı.

Bu, ona görə önəmlidir ki, münaqişələr arasında uzun müddətdir həllini tapmayanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə