Modern.az

Deputatın fransız dilindən tərcümə etdiyi kitab təqdim olunacaq

Deputatın fransız dilindən tərcümə etdiyi kitab təqdim olunacaq

Təhsil

21 Aprel 2015, 09:01

Sabah saat 12:00-da Azərbaycan Dillər Universitetində Milli Məclisin deputatı, Mətbuat Şurası Beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşır Feyziyevin fransız dilindən tərcümə etdiyi kitabın təqdimatı olacaq.

 Fransa tarixçisi və hüquqşünası Jorj dö Malevilin millət vəkili Cavanşir Feyziyev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş “1915-ci il erməni faciəsi” adlı kitabında çox maraqlı məqamlara toxunulur.

Təqdimatda yazıçı Çingiz Abdullayev, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, millət vəkilləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edəcək.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə