Modern.az

“Eurovusion” təmsilçimiz Hollandiyada böyük şouda çıxış edib

“Eurovusion” təmsilçimiz Hollandiyada böyük şouda çıxış edib

Təhsil

21 Aprel 2015, 10:19


Elnur Hüseynov Hollandiyada keçirilən ən böyük “Eurovision In Concert” şousunda iştirak edib.

Modern.az xəbər verir ki, “Eurovision In Concert” ənənəvi olaraq hər il Hollandiyanın paytaxtı Amsterdamda keçirilir. 7 ildir təşkil olunan konsert müsabiqə öncəsi keçirilən ən önəmli tədbirlərdən biridir.

“Eurovision In Concert” partisində 24 ölkədən olan müsabiqə iştirakçıları öz mahnılarını səsləndirib.

Gecədə Azərbaycan təmsilçisi Elnur Hüseynov “Melkweg” səhnəsində “Hour of the Wolf” mahnısını təqdim edib.

Elnur Hüseynov mayın 21-də “Eurovisia 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada “Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.


Sevinc Yasinqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə