Modern.az

“Nida”çı məhbusun oğlu 2 yaşını atası ilə həbsxanada keçirdi

“Nida”çı məhbusun oğlu 2 yaşını atası ilə həbsxanada keçirdi

Təhsil

21 Aprel 2015, 10:55


“Nida”çı məhbus Rəşadət Axundovun oğlu Araz Axundov 2 yaşını 10 saylı Cəzaçəkmə Müəssisəsində atasının yanında keçirib. Bu barədə Modern.az saytına Rəşadət Axundovun atası Fikrət Axundov məlumat verib.

O, oğlu ilə ayda 2 dəfə görüşdüyünü deyib: “Sonuncu dəfə aprelin 12-dən 15-nə qədər ailəvi görüşdə olduq. Həmin gün nəvəm Arazın iki yaşı taamam olurdu. Rəşadət soyuqlamışdı. İndi özünü yaxşı hiss edir.

Görüş əsnasında heç bir maneçilik yaratmadılar. Oğlumun saxlanma şəraitindən ciddi narazılığı yoxdur. Nə qədər desəm də, narazılığı yoxdur, amma həbsxanada nə qədər azad olmaq olarsa, bir o qədər azaddır. Rəşadət əfvə düşmək üçün yenidən müraciət etmək fikri yoxdur. Ümidimiz həmişə olub və olmalıdır ki, onlar azadlığa çıxsın, əfvə düşsün. Rəşadət kitablar istəmişdi gedəndə onları apardıq”.

Rəşadət Axundov ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşadət Axundova 8 il həbs cəzası verilib.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə